Yuxarı

Balaxanı yolu təmir edilir – Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balaxanı yolu təmir edilir – Foto/Video

Uzun illərdir pis vəziyyətdə olan Balaxanı yolu təmir edilir.

"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, Balaxanı yolunda maneəsiz gediş-gəlişi təmin etmək məqsədilə təmir işləri aparılır. Təmir zamanı mövcud olan yolun deformasiyaya uğramış hərəkət hissəsinin köhnə asfalt-beton örtüyünün aşınma qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanan yolun hərəkət hissəsində asfaltlanma işləri görülür.

Sözü gedən yolun orta təmir işləri təqribən 6 kilometrlik ərazidə aparılır. Ümumilikdə 45 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Balaxanı yolunda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri sutkanın qaranlıq saatlarında aparılır. Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Yaranan müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Tarix
2015.06.23 / 15:54
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla