Yuxarı

Bakı sakinlərini qorxuya salan mənzərə - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda binaların blokuna toplaşan narkotik istifadəçiləri sakinləri qorxuya salıb. Həmin şəxslər narkotik maddələrdən bloklarda istifadə edir.

Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a “Nizami” kinoteatrı ilə üzbəüz, Həzi Aslanov 121 ünvanında yerləşən binanın sakinləri bildirib.

Onlar aylardır davam edən bu problem qarşısında çıxılmaz vəziyyətdə qaldıqlarını vurğulayıb:

“Bununla bağlı bir neçə dəfə polisə müraciət etdik.Gəlib bu adamları buradan uzaqlaşdırırlar. Amma bir neçə gün sonra başqaları peyda olur”.

Sakinlər deyir ki, heç kim axşam saatlarında bloka çıxa bilmir:

“Günün istənilən saatında gəlirlər. Axşamlar da ancaq bura yığışırlar. Ən azı 2-3 nəfər olurlar. Müxtəlif növ narkotik vasitələrdən istifadə edirlər. Onlar narkotik çəkir, biz də video. İynələrin şpirisləri pilləkanda doludur. Blokdan tualet kimi istifadə olunduğundan üfunət iyi gəlir. Gecələr qışqırırlar. Biz onların səsinə oyanırıq. Bəzən əllərində bıçaq olur. Gün ərzində onların hansı halda olduğunu bilmirsən. Qorxa-qorxa yaşayırıq ki, kiməsə nəsə edərlər. Heç kim bloka tək girə bilmir. Evə gələndə zəng edirik ki, kimsə qarşımıza çıxsın və ya onların blokda olub-olmadıqlarına baxsın”.

Sakinlər bildirir ki, ən azı blokların qapısı müvafiq qurumlıar tərəfindən bağlansa, bu problemin qarşısını almaq olar:

“Bura düz şəhərin mərkəzidir. Bloklara istənilən adam, istənilən məqsədlə girə bilir. Qapılara domofon qoyub sakinlər üçün açar verməlidirlər. Bir çox yerlərdə belədir. Amma Bakının düz mərkəzində bizim qarşılaşdığımız problemə baxın. Polisə müraciət edəndə bu adamları aparırlar. Sonra başqaları gəlir. Digər qurumlardan maraqlanan yoxdur. Bu adamlar göz görə-görə məhv olur, bizi də normal yaşamağa qoymurlar”.

Tarix
2021.05.26 / 17:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla