Yuxarı

Emin Əmrullayevə yeni müşavir təyin olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emin Əmrullayevə yeni müşavir təyin olundu

Təhsil naziri Emin Əmrullayevə yeni müşavir təyin edilib.

Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, nazirin əmri ilə Ülkər Səttarova nazir müşaviri təyin olunub.

O, 2008-ci ildə Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnformasiya sistemləri” ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə “Texnika üzrə Fəlsəfə doktoru” elmi dərəcəsinə və 2016-cı ildə “Kompüter elmləri ixtisası üzrə dosent” elmi adına layiq görülüb.

AMEA-da və Fransada aparılan elmi araşdırmanın nəticə olaraq 2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən Texnika Elmləri Doktoru Elmi dərəcəsi alıb. Ülkər Səttarova 2004-2009-cu illərdə AMEA Kibernetika İnstitutunda və 2010-2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müvafiq vəzifələrdə, 2018-ci ildən isə həmin universitetdə Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışıb. 100-dən çox elmi əsərin, üç monoqrafiya və iki ixtiranın (patent), eyni zamanda, üç metodik vəsaitin və bir dərsliyin müəllifidir. Yeddi məqaləsi impakt faktorlu jurnallarda dərc edilib. Texnika sahəsi üzrə AAK-sının ekspert şurasının üzvüdür.

Tarix
2021.06.01 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla