Yuxarı

“Nar”dan “Qəhrəman övladları” yarışına dəstək - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”dan “Qəhrəman övladları” yarışına dəstək - Foto

“Nar” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən “Qəhrəman övladları” yarışına dəstək olub.

Axar.az xəbər verir ki, “Həmrəy ol, qalib ol” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan layihənin məqsədi qəhrəman övladlarının həyat tərzini istiqamətləndirmək, fiziki və psixi sağlamlıqlarını inkişaf etdirmək, onların bacarıqlarını ortaya çıxarmaq və idmana olan marağını artırmaqdır.

Şəhid və qazi ailəsindən olan 16 uşağın iştirakı ilə keçirilən estafet yarışması Qəbələ Şəhər Stadionunda açıq havada baş tutub. Qalib gələn qəhrəman övladları “Nar” tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, şəhid və qazi ailələrinə xüsusi diqqətin göstərilməsi “Nar”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir. Mobil operator şəhid və qazi alilələrinin sosial qayğı ilə əhatə olunmasını daim diqqət mərkəzində saxlayacaq.

Tarix
2021.06.01 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla