Yuxarı

Nazirə düz demirlər, həkimi döyən qazidir…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirə düz demirlər, həkimi döyən qazidir…

Saxta qazi olmur, cənablar! Saxta hər zad olur, amma qazi olmur! Bunu unutmayın! Qadına əl qaldırmaq olmaz, böyük günah edib, səhv edib. Qınayırıq onun bu əməlini. Kimsə də o qaziyə haqq qazandıra bilməz. Bir sözlə o əməlinə bəraət yoxdur. Cəzasın da alsın. Amma məsələ araşdırılsın, sonra cəza verilsin. Adama "döyüşməyib", "saxta qazidir" deməyin.

Axar.az xəbər verir ki, bunu "Qarabağ qaziləri" İctimai Birliyinin sözçüsü Rey Kərimoğlu qadın həkimə əl qaldırması ilə gündəm olan Qarabağ qazisi Şəmail Mustafayevlə bağlı danışarkən deyib.

Rey Kərimoğlu bildirib ki, "Qarabağ qaziləri" Birliyi qadına əl qaldıran döyüşçü haqqında ilkin araşdırma aparıb:

“O şəxs "Qarabağ qaziləri" Birliyinin üzvü deyil, amma məlum olub ki, o, həqiqətən qazidir. Nə olsun ki, qolu, ayağı, gözü yerindədir. Bəyəm əlilik elə 3 şeyə görə verilir? Xeyr!

Şəmail Mustafayev 703 saylı hərbi hissənin tərkibində Ağdərə istiqmətində döyüşüb, rabitə xidməti rəisi olub. Olduğu ərazi düşmənin bombardumanına məruz qalıb, yanında şəhid olanlar olub. Ağır yaralanıb, kontuziya alıb. Hələ illər əvvəl ordumuzun düşməni Nəcməddinlə dalaşıb, bunu ordudan tərxis ediblər, 2016-cı il aprel döyüşlərindən sonra müdafiə naziri Zakir Həsənovla görüşüb, öz sahəsi üzrə mütəxəsis (təlimatçı) kimi orduya qaytarılıb! Görünür, səhətində problemlər yaranıb, ona görə də bir neçə il əvvəl müraciət edib və əlillik dərəcəsi alıb. Adam döyüşüb, yaralanıb. Ona şər atmayaq. Sahil Babayev nazir təyin olunandan sonra o, həqiqətən nazirlikdə ciddi şəffalıq yaradıb, xeyli yaxşı işlər görüb. Amma o da, nazirlik də nöqsansız deyil. Problemi odur ki, inandığı adamlar dediklərimizi, narazılıqlarımızı ona doğru, düzgün çatdırmır. Ya da ümumiyyətlə çatdırmırlar. Bu da ciddi fəsadlar yaradacaq! Nazirin özü ilə isə görüşə bilmirik!”

Tarix
2021.06.09 / 10:47
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla