Yuxarı

İdman zallarına giriş qaydaları bu cür olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdman zallarına giriş qaydaları bu cür olacaq

İdman zallarında pandemiya ilə bağlı qaydalara əməl olunub-olunmamasına Gənclər və İdman Nazirliyi tərəfindən nəzarət olunacaq.

Axar.az xəbər verir ki, bunu Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

Q.Mehdiyev deyib ki, nazirlik tərəfindən hər hansı bir cəza tədbirinin görülməsi nəzərdə tutulmur:

“Bu məsələ Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Sadəcə, bizim nazirlik nəzarət edəcək. Həm idman federasiyalarına tövsiyə olunacaq ki, monitorinq aparsınlar, həm də nazirliyin yerli idarələrinə tapşırılacaq ki, hər biri öz rayonu ərazisində mütəmadi olaraq idman zallarında monitorinq aparsınlar.

Operativ Qərargahın məlum qərarından sonra nazirlik bir sıra tədbirlər həyata keçirib. Artıq bütün federasiyalara tövsiyə xarakterli məktub göndərilib. Hər bir idman federasiyası inkişaf etdirdiyi idman növü üzrə klub və zallarına nəzarət etməlidir".

O əlavə edib ki, federasiyalar vasitəsilə hər bir kluba elektron şəkildə təlimat kitabçası da göndəriləcək:

"Bu kitabçada qeyd olunacaq ki, idman zallarında növbəlilik prinsipi ilə məşqlər keçirilsin. Sıxlıq müşahidə olunan idman zalında qrafik tutulmalıdır və insanlar ora növbəli şəkildə daxil olmalıdırlar. Hər kəs eyni vaxtda idman zalına gəlməməlidir.

Bundan başqa COVID-19 pasportu da tələb olunur. Bu pasport iyunun 10-dan məşqlərə gələn idmançılara aiddir. Amma məşq zallarında olan təlimatçı və müəllimlərə iyulun birinə qədər möhlət verilib”.

Q.Mehdiyev əlavə edib ki, idman zallarının rəhbərliyi də hər bir şəxsin COVID pasportunun və şəxsiyyət vəsiqəsinin surətini özündə saxlamalıdır.

Tarix
2021.06.09 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla