Yuxarı

Qazilərin əlilliyi bu cür müəyyən edilsin – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazilərin əlilliyi bu cür müəyyən edilsin – Millət vəkili

Qarabağ qaziləri üçün əlilliyin müəyyən edilməsinin müraciət mexanizmi asanlaşdırılmalı, xüsusi olaraq Qarabağ qaziləri üçün səyyar görüşlər, yerində müayinələr həyata keçirilməlidir.

Bu sözləri Axar.az-a millət vəkili Vüqar Bayramov qazilərə əlillik statusunun verilməsində yaranan problemlərdən danışarkən bildirib.

“2021-ci ildə əlillik üçün, eləcə də əlilliyin təkrar müayinəsi ilə bağlı müraciət edənlərin sayı çoxdur. Təklif edirəm ki, Qarabağ qaziləri üçün əlilliyin təkrar müayinəsi ayrıca bir mexanizm formasında daha intensiv şəkildə həyata keçirilsin”.

Millət vəkili bildirib ki, Qarabağ qazilərinin, o cümlədən onların ailə üzvlərinin sosial təminatının daha da gücləndirilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindəndir:

“Qarabağ qazilərinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı 12 proqram icra olunur. Onların bir qismi birbaşa, digər bir qismi isə təşviqedici proqramlardır”, – deyə millət vəkili bildirib.

Tarix
2021.06.09 / 17:00
Müəllif
Zümrüd Ağabəy
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla