Yuxarı

Təyyarədə əl yükünün daşınmasına icazə verildi - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarədə əl yükünün daşınmasına icazə verildi - Qərar

Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağa ləğv edilib.

Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qərara əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmirdi. Aviaşirkətin qaydalarına əsasən yalnız aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilirdi:

- qadın əl çantası və ya kişi portfeli;

- ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera;

- portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);

- üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);

- gül dəstəsi;

- uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi;

- çətir;

- uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar;

- ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.

Dəqişikliyə əsasən isə artıq məhdudiyyətlər aradan qaldırılır, əl yükünün daşınmasına icazə verilir.

Tarix
2021.06.09 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla