Yuxarı

İspan nəşri şəhid jurnalistlərimizdən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın müstəqil “El Boletín” onlayn qəzetində “Migel de Servantes” İspaniya-Əlcəzair Mədəniyyət Assosiasiyasının prezidenti Fernando Novo Lensin “Jurnalistika matəm içərisindədir” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalistin və icra hakimiyyətinin nümayəndəsinin həlak olmasından söhbət açılır.

Axar.az xəbər verir ki, F.Lens iyunun 4-də Azərbaycanın Qarabağ bölgəsində, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun və Kəlbəcər rayonu icra başçısının Susuzluq kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin erməni əsgərləri tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olmalarını diqqətə çatdırır.

İspaniya nəşri yazır ki, müharibənin gedişində, ilk növbədə, həqiqət qurbana çevrilir. İşləmək imkanı verilməyən, fotoaparat, mikrofon və noutbukdan savayı qeyri silahı olmayan jurnalistlər həqiqətləri dünyaya çatdırmaq üçün hər an həyatlarını riskə atırlar. Gərgin vəziyyətlərin icmalını daha obyektiv və sərbəst təqdim etməyə çalışan jurnalistlər əksər hallarda özləri də bilmədən silahlı münaqişəyə cəlb edilmiş olurlar.

“El Boletín” qeyd edir ki, bu ciddi insident minanı oraya basdıranların qarşı tərəfə zərər vurmaq, insanların öz evlərinə dönmələrinə mane olmaq istəyindən xəbər verir.

Fernando Novo Lens diqqətə çatdırır ki, bu mina erməni ordusunun işğal etdiyi ərazilərdə dəhşətli vəziyyət yaratmaq və dinc əhalini məhv etmək niyyətilə basdırdıqları 35 mindən artıq minadan biridir. Həmin minalar ötən ilin 10 noyabrında imzalanan atəşkəs haqqında razılaşmadan sonra 27 nəfərdən çox insanın həyatına son qoyub, 100-dən çox insan yaralanıb.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən 7 ay ərzində 3643 tank əleyhinə, 7449 piyada əleyhinə mina və 9033 digər partlamamış silah-sursatı zərərsizləşdirilib.

İspaniya nəşri ATƏT-i, Avropa İttifaqını və digər beynəlxalq strukturları Ermənistanı minalanmış ərazilərin xəritəsini təqdim etməyə məcbur etmək üçün səyləri artırmağa və lazımi tədbirlər görməyə çağırıb. Fernando Novo Lensin fikrincə, Ermənistan başa düşməlidir ki, regionda real sülh və təhlükəsizlik bərqərar olmayınca, dinc yanaşı yaşama, hamıya fayda gətirəcək Azərbaycan və Ermənistanın birgə inkişafı və əməkdaşlığı mümkün deyil.

Jurnalist icması ilə həmrəy olduğunu bildirən Fernando Novo Lens həlak olmuş jurnalistlərin və icra nümayəndəsinin ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verib, hadisədə yaralanan 4 nəfərin tezliklə sağalmalarını arzulayıb.

O, sözünə yekun vuraraq deyib ki, qələm qılıncdan güclüdür, lakin hesabatlar əksər hallarda qanla, xidməti vəzifələrini yerinə yetirdikləri zaman həlak olan jurnalistlərin qanı ilə yazılır. Cəmiyyət başa düşməlidir ki, jurnalistlərin həlak olması çox baha başa gəlir, cəmiyyət bunu heç vaxt qəbul etməməli, buna yol verməməlidir.

Tarix
2021.06.10 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla