Yuxarı

Məktəblilər arasında yeni müsabiqəyə start verilir!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblilər arasında yeni müsabiqəyə start verilir!

Azərbaycan Respublikası Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı Azercell Telekom MMC proqramlaşdırma üzrə AZERCELL CUP müsabiqəsini elan edir. 5-7-ci sinif şagirdlərinin iştirak edə biləcəyi bu tədbir lider mobil operatorun 25 illik yubileyinə həsr olunub.

Axar.az xəbər verir ki, müsabiqəyə qeydiyyat www.olimpiada.edu.az saytı üzərindən iyun ayının 10-dan 20-dək davam edəcək. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutacaq. İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

Xatırladaq ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.

Müsabiqə haqqında əlavə məlumat üçün [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

Tarix
2021.06.10 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla