Yuxarı

“Nar” Şuşada baza stansiyalarını işə saldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərdə öz şəbəkəsini genişləndirməkdə olan “Nar” Şuşada da baza stansiyalarını işə salıb.

Axar.az xəbər verir ki, bununla da mədəniyyət paytaxtımız müasir və daimi “Nar” şəbəkəsi ilə əhatə olunub. 2G, 3G və 4G texnologiyalı baza stansiyalarının quraşdırılması ilə “Nar” istifadəçiləri Şuşada keyfiyyətli və kəsintisiz səsli zəng və internet xidmətindən yararlana biləcəklər.

Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş Xocavənd və Cəbrayılda da baza stansiyalarını quraşdırıb. Mobil operator işğaldan azd edilmiş digər ərazilərin də keyfiyyətli şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində işlərini davam etdirir. Qeyd edək ki, “Nar” Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin şəbəkə ilə əhatə olunmasına xüsusi önəm verir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə “Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.

Tarix
2021.06.10 / 14:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla