Yuxarı

Gəncədə mülki müdafiə işlərinə həsr olunmuş müşavirə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Mərkəzin Mülki müdafiə idarəsinin əməkdaşlarının və yerli icra hakimiyyətlərinin mülki müdafiə qərargah rəisi vəzifələrini icra edən şəxslərin iştirakı ilə müşavirə keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, müşavirədə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən regional mərkəzlərə göndərilmiş nümunəvi plan əsasında şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi və yerlərdə mülki müdafiə işinin təşkili ilə bağlı metodiki köməklik göstərilib, mövzu ətrafında suallar cavablandırılıb.

Qeyd edək ki, bundan əvvəl Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi ilə bağlı 22 aprel 2021-ci il tarixində FHN-in Cənub Regional Mərkəzində və 20 may 2021-ci il tarixində Şimal-qərb Regional Mərkəzində yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.

Belə tədbirlərin digər regional mərkəzlərdə də davam etdirilməsi nəzərdə tutulub.

Tarix
2021.06.10 / 15:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla