Yuxarı

Bu dondurma saxtadır - Ekspert xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dondurmalarla bağlı problemlər əmtəə bazarında hələ də qalmaqdadır.

Bu sözləri Axar.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əmtəə bazarında satılan keyfiyyətsiz dondurmalar barədə danışarkən deyib.

O bildirib ki, dondurmalarla bağlı vətəndaşların müraciəti artıb:

“Əhali bilməlidir ki, dondurmalar süd məhsuludur. Yağlılığı qaldırmaq üçün onun tərkibinə yalnız kərə yağı qatılmalıdır. Təəssüf ki, dondurmanı yeyərkən dil üzərində acılıq meydana gəlir. Bu, o deməkdir ki, dondurmanın tərkibinə bitki yağları qarışdırılıb. Azad İstehlakçılar Birliyinin ABŞ-ın İnkişaf Agentliyinin 2011-ci ildə həyata keçirtdiyi layihəyə qoşulması ilə ölkəmizdə qida təhlüksizliyi nişanı təsis olunub. Bu təhlükəsizlik nişanı Azərbaycanda yalnız “Camal LTD” şirkətinin istehsal etdiyi “İceland” dondurmalarına şamil olunub. Ölkəmizdə saxta dondurmalar da istehsal olunur. “Oreo” dondurması xarici ölkənin mal nişanını mənimsəməklə istehsal olunur”.

E.Hüseynov qeyd edib ki, istehlakçılar narazı qaldıqları hüquqi və fiziki şəxslər barədə “1003” qaynar xəttinə zəng edib Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər.

Tarix
2021.06.11 / 10:53
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla