Yuxarı

Bakının bu qəsəbələrində 7,5 kilometrlik yol təmir olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, paytaxtın Binəqədi rayonunun Rəsulzadə, Binəqədi, Sulutəpə və Xocasən qəsəbələri üzrə uzunluğu 15,4 kilometr olan küçə və yolda yenidənqurma işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata əsasən, bu çərçivədə rayonun Rəsulzadə qəsəbəsi üzrə ümumi uzunluğu 3 kilometr təşkil edən küçə və yollarda təmir işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Proqrama uyğun olaraq, rayonun Xocasən qəsəbəsi üzrə də 4,5 kilometr uzunluğunda qəsəbədaxili küçə və yolların təmiri davam etdirilir. Burada nəzərdə tutulan işlərin böyük əksəriyyəti artıq yekunlaşdırılıb.

Sonrakı mərhələdə Binəqədi qəsəbəsi üzrə 5,3 kilometr, Sulutəpə qəsəbəsi üzrə isə 2,6 kilometr küçə və yolun təmiri işləri icra olunacaq.

Tarix
2021.06.14 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla