Yuxarı

Füzuli Hava Limanında ilk sınaq uçuşu... - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzuli Hava Limanında ilk sınaq uçuşu... - Açıqlama

Füzuli Hava Limanında ilk sınaq uçuşu bu ilin sentyabrın 5-də baş tutacaq.

Axar.az xəbər verir ki, bu sözləri AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib. O qeyd edib ki, yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş-enmə zolağının torpaq yatağı tamamlanıb:

"Hazırda əsas layın asfalt-beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir-beton konstruksiya işləri 100 faiz tamamlanıb. İtaliya istehsalı olan dam örtükləri artıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri gətirilmək üzrədir".

Valeh Əmiraslanov bildirib ki, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir-beton konstruksiyasının işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır:

"İstifadə olunan avadanlıqların hamısı Avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdılrması isə bu ayın sonuna planlaşdırılır. Uçuş-enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq".

Tarix
2021.06.16 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla