Yuxarı

Nəsli kəsilməkdə olan bitkilərin monitorinqi aparıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsli kəsilməkdə olan bitkilərin monitorinqi aparıldı

Qırmızı kitabın 3-cü nəşrinə dair məlumatların toplanması çərçivəsində AMEA Botanika İnstitutu tərəfindən çoxsaylı ekspedisiyalar həyata keçirilib.

İnstitutdan Axar.az-a verilən məlumata görə, bu məqsədlə Ekosistemlərin fitososiologiyası laboratoriyasının əməkdaşlarının iştirakı ilə Lənkaran və Lerik rayonlarında çöl-tədqiqat işləri aparlıb.

Tədqiqatların məqsədi Lənkaran və Lerik rayonlarında nadir və itmə təhlükəsində olan növlərin monitorinqinin aparılması olub. Aparılan işlər zamanı bu növlərin yayılması, fenologiyası, fitosenotik xüsuyyətləri və senopopulyasiyalarının muasir vəziyyəti tədqiq olunub. Nəticədə 15 nadir növün (Orchis fraqrans, Crocus caspicus, Scutelleria grossheymii, İris grossheymii, İris lycotis və s.) yayıldığı yerlər dəqiqləşdirilib, GPS koordinatları qeydə alınıb, sınaq meydançalarında müxtəlif yaşlarda olan fərdlərin sayı hesablanıb və onlara təsir edən faktorlar müəyyən edilib. Tədqiqatlar göstərib ki, bu rayonlarda rast gəlinən nadir növlər antropogen təsirlərə (infrastrukturun genişlənməsi, malqaranın otarılması) məruz qalır. Endem, eləcə də dərman və dekorativ xüsusiyyətlərinə görə tədqiq olunan növlərin Azərbaycanın Qırmızı kitabının 3-cü nəşrinə salınması tövsiyə olunur.

Tarix
2021.06.16 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla