Yuxarı

Bakı Limanında intermodal terminal tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Limanında intermodal terminal tikiləcək

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema ilə görüşüb.

QSC-dən Axar.az-a bildirilib ki, görüşdə bu ilin martın 5-də Bakı Limanı ilə Niderlandın Fontis Tətbiqi Elmlər Universiteti, Qilde İnstitutu və regionun aparıcı logistika şirkəti “Cabooter Group” arasında anlaşma memorandumu imzalandığı vurğulanıb. Memoranduma əsasən, Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslər Niderlanda 4 aylıq təlim-tədris proqramına cəlb ediləcəklər. Eyni zamanda, 2019-cu il noyabrın 26-da Bakı Limanı ilə Niderlandın “Cabooter Group” şirkətləri arasında Orta Dəhliz vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədilə saziş imzalanıb və gələcəkdə bu sahədə də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

T.Ziyadov vurğulayıb:

“Bakı Limanında Avropadan Çinə daşınan yüklərin daha operativ qaydada aşırılmasını təmin etmək məqsədilə intermodal terminalının tikintisi nəzərdə tutulur ki, bu sahədə də Niderlandda fəaliyyət göstərən şirkətlərlə geniş əməkdaşlıq xoş olardı”.

Tarix
2021.06.18 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla