Yuxarı

Gömrükdə külli miqdarda siqaret tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə külli miqdarda siqaret tutuldu - Video

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

Axar.az xəbər verir ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı avtomobil ilə külli miqdarda aksiz markasız siqaretlərin Bakı və Sumqayıt şəhərlərində realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu Bakı şəhəri Yasamal rayonu ərazində əməliyyat-axtarış tədbirləri həyata keçirib və "Mersedes Benz" markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildə, ümumilikdə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 120 000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2021.06.18 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla