Axar.az
Yuxarı

Axar.Az Logo

Avro-2020: Bakıda personajların növbəti keçidi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avro-2020”nin qrup mərhələsinin üç və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edən Bakıda iyunun 18-də personajların keçidi olub.

Axar.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan mərasimdə Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak ediblər.

Keçidin məqsədi Avropa çempionatının Bakıda keçiriləcək oyunlarının təbliğidir. İyunun 20-dək davam edəcək mərasim hər gün Bakının müxtəlif məntəqələrində təşkil olunacaq.

Keçid həm piyada, həm də avtobuslarla gəzintidən ibarətdir. Mərasimdə ümumilikdə 47 personaj iştirak edir. Bakıdakı oyunlarda iştirak edən hər ölkə 4 musiqiçi, 2 maskot, 3 rəqqas və s. ilə təmsil olunur.

Qeyd edək ki, Avropa çempionatı iyulun 11-dək davam edəcək. Bakı Olimpiya Stadionunda A qrupu çərçivəsində İsveçrə - Uels (1:1) və Türkiyə - Uels (0:2) oyunları təşkil olunub. İyunun 20-də Bakıda Türkiyə - İsveçrə qarşılaşması, eləcə də iyulun 3-də dörddəbir final mərhələsinin bir oyunu baş tutacaq.

Tarix
2021.06.18 / 22:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Samuxda toy qaydalarını pozanlar cərimələndi

Ağcabədidə narkotik satanlar saxlanıldı

Sabiq hakimin dələduzluq işi: Pullar nazir müavinindədir

Bitki mənşəli virusların yayılması ilə bağlı xəbərdarlıq

Kamran Əliyev icra başçısının oğluna vəzifə verib? - Açıqlama

Bəy evini bəzəməyə gedən qohumlar qəzaya düşdü: ölən var

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Nazir müharibədə iştirak etmiş jurnalistə vəzifə verdi

Bu gün neçə nəfər koronaya yoluxub?

Daşkəsəndə 60 yaşlı qadını it parçaladı, vəziyyəti ağırdır

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla