Yuxarı

Ukrayna telekanalı Qarabağdan reportaj hazırladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna telekanalı Qarabağdan reportaj hazırladı

Ukraynanın nüfuzlu telekanalında Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı xüsusi reportaj yayımlanıb.

Axar.az xəbər verir ki, “Ukrayna” telekanalının xəbərlər proqramında yayımlanan reportajda Birinci Qarabağ müharibəsinin iştirakçısından və məcburi köçkündən müsahibə alınıb, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işləri, minalanmış ərazilər, iri iqtisadi layihələr barədə ətraflı danışılıb.

Reрortajda qeyd olunub ki, Azərbaycan bütün gücünü işğaldan azad edilən ərazilərin yenidən qurulmasına yönəldib. Həmin ərazilərdə aeroportlar tikilir, yeni magistral yollar, körpülər salınır. Bundan başqa, işğaldan azad olunan ərazilərin elektrik enerjisi ilə təminatı üçün yeni elektrik stansiyaları inşa edilir.

Reрortajda, həmçinin qeyd olunur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini vermədiyindən, insanlar mina partlayışının qurbanı olurlar. Ukraynalı reportyor buna misal olaraq bu yaxınlarda vəzifə borclarını yerinə yetirərkən Azərbaycanın iki jurnalistinin mina partlayışından həyatını itirdiyini vurğulayıb.

“İndi həmin ərazilərin işğalı zamanı məcburi köçkün düşən azərbaycanlılar öz evlərinə qayıtmağı səbirsizliklə gözləyirlər”, - deyə ukraynalı jurnalist qeyd edib.

Tarix
2021.06.20 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla