Yuxarı

Astaraçay üzərində yeni körpü tikiləcək – Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astaraçay üzərində yeni körpü tikiləcək – Səfir

İran və Azərbaycan arasında Astaraçay üzərində 1 il ərzində körpünün inşa olunması qərara alınıb.

Axar.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Trend-ə açıqlamasında deyib.

Musəvinin sözlərinə görə, iyunun 9-da iki ölkə arasında Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün tikilməsi haqqında memorandum imzalanıb.

İran səfiri qeyd edib ki, hazırda çay üzərindəki körpü 2-ci Dünya Müharibəsi dövrünə aiddir. Bütün yükdaşımalar bu körpünün üzərindən həyata keçirilir və yeni körpünün istifadəyə verilməsi ilə köhnə körpüdən yükdaşıma azalacaq: “Körpünün inşasına təxminən 4,5-5 milyon avro vəsait xərclənəcək və iki ölkə tərəfindən birlikdə inşa olunacaq. Bu körpünün istifadəyə verilməsi ilə iki ölkə arasında ticarət dövriyyəsi, idxal, ixrac və tranzit artacaq.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən ilin martından bu ilin martına qədər İranla Azərbaycan arasındakı ticarət dövriyyəsi 587 milyon dollar dəyərində 1,02 milyon ton məhsul təşkil edib.

Tarix
2021.06.20 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla