Yuxarı

Yevlax polisi əməliyyat keçirdi: saxlanılan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yevlax polisi əməliyyat keçirdi: saxlanılan var

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri Xaş-xaş-2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Havarlı kəndində yaşayan, əvvəllər məhkum edilmiş Elçin Şəfizadə saxlanılıb.

E.Şəfizadənin kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş uzunluğu 30 sm-dən 210 sm-dək, ümumi çəkisi 155 kiloqramdan artıq olan 183 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Tarix
2021.06.21 / 09:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla