Yuxarı

“Qızılqum”da acınacaqlı vəziyyət: Komitə söz verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qızılqum”da acınacaqlı vəziyyət: Komitə söz verdi

Bu gün "Qızılqum” sanatoriyası demək olar ki, xarabalığa, zibilxanaya çevrilib. Bina çox ciddi təhlükədədir. Hər an hansısa faciə baş verə bilər. Burda insanın yaşaması üçün heç bir şərait yoxdur. “Qızılqum” sanatoriyası deyilən yerdə bu gün 12 ailə hələ də qalır və hər gün köçürmə ilə bağlı xəbər gözləyirlər. Onların arasında şəhid ailələri də var.

Bu barədə Axar.az-a həmin ərazidə yaşan qaçqın ailələrindən məlumatı daxil olub. Məlumatda bildirilir ki, ərazi xəstəlik ocağıdır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib ki, yaxın günlərdə sözügedən ailələr mənzillə təmin ediləcəklər:

“Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızılqum" sanatoriyasından Ramana qəsəbəsinə məcburi köçkün ailələrinin əksəriyyətinin köçürülməsi başa çatıb. Hazırda adıçəkilən sanatoriyada birotaqlı mənzilə köçürüləcək ailələr qalıb. Həmin 12 ailə yaxın günlərdə yeni mənzillə təmin ediləcək”, - qurum rəsmisi bildirib.

Tarix
2021.06.21 / 14:44
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Bayramovla Berendsenin təkbtək görüşü başladı

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla