Yuxarı

Çimərlikdə şüadan qorunmaq və qidalanma qaydaları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çimərlikdə şüadan qorunmaq və qidalanma qaydaları

Vətəndaşların nəzarət edilən və təhkim olunmuş çimərliklərdən istifadə etmələri daha məqsədəuyğundur. Çünki həmin çimərliklərdə dəniz suyunun laborator göstəricilərinə baxılır, ərazi epidemioloji cəhətdən dəyərləndirilərək vətəndaşlar üçün uyğun görülür.

Bu sözləri Axar.az-a infeksionist Süleyman Kamilov çimərlik qaydaları barədə danışarkən deyib.

“Yay aylarında günvurma halları çoxalır. Vətəndaşların birbaşa günəş şüası almamaları üçün təyin olunmuş ərazilərdə yerləşdirilən çətirlərdən istifadə etmələri vacibdir. Gün ərzində saat 12:00-dan 17:00-a qədər günəş şüalarının təsiri daha güclü olur. Bu zaman günvurma halları daha çox müşahidə edilir. Bacardıqca dəniz suyunu ağız boşluğuna qəbul etməməyə ciddi riayət olunmalıdır. Peyvəndləmə sayının artmasına görə insanlarda arxayınlıq yaranıb. Lakin pandemiya hələ tam bitməyib. Çimərlikdə pandemiya ilə bağlı lövhələr quraşdırılıb. Vətəndaşlar bacardıqları qədər ara məsafələrini qorumağa diqqət etsinlər”, - infeksionist xəbərdarlıq edib.

S.Kamilov dəniz qumundan keçə biləcək infeksiyalar barədə danışarkən bildirib ki, açıq və qanayan yara olmadığı təqdirdə dəniz qumu təhlükə yaratmır.

Qeyd edək ki, günəş şüalarının qəbulu birinci gün 10 dəqiqə, ikinci gün 20 dəqiqə, üçüncü gün 30 dəqiqə olmalıdır. Beləliklə, günəş şüalarının altında keçirəcəyiniz vaxtı birdən deyil, tədricən artırmaq lazımdır. Çimərliyə gedərkən özünüzlə gündən qoruyucu vasitələr götürməyi unutmayın. Hər 2 saatdan bir dərinizə gündən qoruyan krem çəkin. Bu vasitələr dərini ultrabənövşəyi şüaların ziyanlı təsirindən qoruyur. Kremləri aptekdən alın. Alternativ variant - təbii yağlardır. Bəzi təbii yağlar dərini daha yaxşı qoruyur. Bunlar təbii zeytun, çaytikanı, küncüt, kokos, avokado yağıdır. Krem və ya yağı günə çıxmamışdan 10-15 dəqiqə əvvəl bədəninizə çəkin, dənizdən çıxdıqdan sonra krem çəkməyi unutmayın.

Çimərlikdə olarkən yağlı, konservləşdirilmiş ərzaqlardan imtina etmək lazımdır. Daha çox meyvə və tərəvəzlərə, xüsusilə tərkibi beta-karotinlə zəngin olan kök, ərik və şaftalıya üstünlük vermək daha məqsədəuyğundur.

Orqanizmin maye balansını normal saxlamaq üçün gün ərzində çimərlikdə istirahət edərkən 1.5-2 litr su içmək lazımdır. Yaşıl çay, təbii meyvə şirələri də qəbul etmək faydalıdır. Çimərlikdə süd və ət məhsulları yeməyin. Bu kimi məhsullar isti havada orqanizmi artıq yükləyir və həmçinin zəhərlənməyə səbəb ola bilər.

Tarix
2021.06.21 / 15:15
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İlham Əliyevin Özbəkistana səfərindən - Video

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü

Özbəkistan qardaş ölkə və etibarlı müttəfiqdir

İlham Əliyev Mirziyayevlə görüşdü - Foto

İlham Əliyev Özbəkistanda səfərdədir - Foto

Səfirliyimizin atəşə tutulmasına Rumıniyadan reaksiya

Azərbaycan XİN Fələstini təbrik etdi

Nikolun planı: Dəhlizdən əvvəl kəmər və xətt çəkmək istəyir

Ukraynada dəhşət: Pullar Rusiyaya daşınıb...

İlham Əliyev Fələstin prezidentinə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla