Yuxarı

Oyunlar zolağı ilə bağlı qərar dəyişdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oyunlar zolağı ilə bağlı qərar dəyişdi - Video

May ayının 29-dan Birinci Avropa Oyunları zolağına icazəsi olmayan avtomobillərin girişi qadağan edilmişdi. Bu gün səhər saatlarından etibarən Baş Dövlət Yol Polis İdarəsinin siqnal layihə idarəsinin əməkdaşları tərəfindən həmin zolaqdakı qadağanedici yol nişanları sökülür. Amma həmin zolaqdan istifadə etmək mümkün olacaq. Bəzi nəqliyyat vasitələri istisna edilməklə.
 
I Avropa oyunları öncəsi paytaxdakı bəzi yollara çəkilən oyunlar zolağı sabahdan etibarən bəzi avtomobillərə qadağan olunacaq.


May ayının 29-dan Avropa Oyunları zolağına icazəsi olmayan avtomobillərin girişinin qadağan edilməsini bildirən yol nişanları artıq sökülür. İyulun 1-dən yəni sabahdan etibarən bu yoldan minik avtomobilləri və ictimai nəqliyyat rahat istifadə edə biləcək. Yalnız yük avtomobilindən başqa.
 
Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. Bir gün ərzində bu qayda bir neçə dəfə pozularsa həmin sürücü o qədərdə cərimələnəcək. Nəzarətə qaldıqda isə buna müşahidə kameraları və ərazidə xidmət aparan polislər diqqət edəcək. Baş dövlət yol polis idarəsinin Siqnal idarəsinin əməkdaşları zolağın yük avtomobillərinə qadağanın edilməsi ilə bağlı nişanlar qoyub. Digər nişanlar isə sökülür. Gün boyu paytaxtın Ziya Bünyadov, Atatürk və Tbilisi prospektlərində yol nişanlarının söküntüsü və yenisinin qoyulması davam etdirilib.


Oyunlar öncəsi rayon qeydiyyatlı avtomobillərin şəhərə buraxılmasına qoyulan məhdudiyyət isə qüvvədə qala bilər. Baş dövlət Yol polis İdarəsidən bildirilib ki, Bakıda nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır. Müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan avtomobillərin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyət qüvvədə qalacaq.

 

Tarix
2015.06.30 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla