Yuxarı

Anomal istilər zamanı işəgötürənin vəzifələri - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anomal istilər zamanı işəgötürənin vəzifələri - Açıqlama

Əmək Məcəlləsində nəzərdə tutulub ki, hava temperaturu 41 dərəcəni keçərsə və iş yerində hava temperaturunu süni sürətdə tənzimləmək mümkün deyilsə, iş prosesi dayandırılmalıdır.

Bunu Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Sahib Məmmədov bildirib ki, işin dayandırılması mümkün olmadıqda işəgötürən elə tədbir görməlidir ki, işçilərin sağlığına ziyan dəyməsin:

“Məsələn, iş yerlərinin ətrafında çətirlər quraşdırıla, işçilər həsir baş geyimləri ilə təmin edilə, eyni zamanda, iş prosesinə tez-tez fasilələr verə bilər və s. Əlbəttə ki, hava temperaturu yüksək olduqda iş dayandırılmalıdır. Amma praktikada belədir ki, hava temperaturu 41 dərəcəni aşsa da, iş dayandırılmır. Günvurma hadisələri çoxalır”.

Hüquq müdafiəçisi vurğulayıb ki, işəgötürən işçinin sağlamlığına vurduğu ziyana görə həm hüquqi, həm də maddi məsuliyyət daşıyır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi anomal istilərlə bağlı xəbərdarlıq edib.

Tarix
2021.06.22 / 16:42
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla