Yuxarı

Gəmilərimiz döyüş tapşırığını icra edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəmilərimiz döyüş tapşırığını icra edir

Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə keçirilən taktiki təlimlər davam edir.

Axar.az xəbər verir ki, təlimlərdə gəmi və katerlər tərəfindən şərti düşmənin suüstü hücum vasitələrinin və üzən minanın məhv edilməsi üzrə tapşırıqlar icra olunur.

Növbəti mərhələdə gəmi və katerlərin təyin olunmuş lövbərə durması və universal müdafiənin təşkili reallaşacaq.

Daha sonra qumbaraatma çalışmasının yerinə yetirilməsi və hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması tapşırığı icra olunacaq.

Sonra gəmi qrupu tərəfindən şərti düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombaları tətbiq ediləcək.

Qeyd edək ki, təlimlər iyunun 23-dək davam edəcək.

Tarix
2021.06.22 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla