Yuxarı

Nazirlik enerji içkiləri ilə bağlı hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmaları davam etdirir.

Bu barədə Axar.az-a qurumdan bildirilib.

Araşdırmaların ilkin nəticələrinə görə, Avrora MMC-nin istehsal etdiyi “BİZON energy” markalı spirtsiz içkilərin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərindən istifadə olunması ilə istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

"Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

İstehlak bazarında haqsız rəqabət hallarının və istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Tarix
2021.06.23 / 10:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla