Yuxarı

Avtomobil qaçıranlar Salyanda tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobil qaçıranlar Salyanda tutuldu

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini N.Qardaşxanov şəhər ərazisindən VAZ-21015 markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Ələt-Astara yolunda hərəkətdə olması müəyyənləşdirilib. Nəqliyyat vasitəsi Dövlət Yol Polisi postunda süni tıxac yaradılmaqla saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Musazadə və sərnişinləri - Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov, Xocavənd rayon sakini T.Haqverdiyev Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Avtomobilə baxış zamanı “Vinçester” markalı silah və bir baş qoyun aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2021.06.23 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla