Yuxarı

DİM-dən beynəlxalq test imtahanları barədə açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİM-dən beynəlxalq test imtahanları barədə açıqlama

Dövlət İmtahan Mərkəzi (DİM) ETS Global və Education USA ilə birgə TOEFL iBT® və GRE® General Test imtahanları barədə məlumat sessiyası keçirib.

DİM-dən Axar.az-a bildirilib ki, “Zoom” platforması üzərindən təşkil olunmuş məlumat sessiyası ingilis dilində keçirilib və tədbirdə 57 nəfər iştirak edib.

Tədbirin spikeri ETS Global təşkilatının nümayəndəsi Yasemin Arşin sessiya ərzində TOEFL iBT® və GRE® imtahanlarından uğurla keçmək üçün iştirakçılara məsləhətlər verib, eyni zamanda, tələbələri imtahana ödənişsiz hazırlıq resursları, nümunə test sualları ilə tanış edib. Sessiya iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xatırladaq ki, The TOEFL iBT® (Test of English as a Foreign Language) ingilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahanlardan biri olmaqla namizədin ingilis dilini akademik səviyyədə necə anladığını və ünsiyyətdə olma bacarıqlarını qiymətləndirir. GRE (Graduate Record Examinations) imtahanı isə dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsili almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

DİM-in keçirdiyi beynəlxalq imtahanlarla bağlı Mərkəzin saytında yerləşdirilmiş keçiddən ətraflı məlumat əldə etmək mümkündür.

Tarix
2021.06.23 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla