Yuxarı

15 yaşlı uşağı buna görə döyüb öldürdülər – Həyəcan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu şəhərində 15 yaşlı 8-ci sinif şagirdinin tanımadığı şəxslər tərəfindən “PubG” oyununa görə döyülməsi nəticəsində ölümü ölkədə şiddət yönümlü oyunların uşaqlarda yaratdığı aqressivliyin nələrə səbəb ola biləcəyini bir daha gözlər önünə sərib.

Məsələ ilə bağlı Axar.az-a açıqlamasında psixoloq Leyla Nəzirzadə bildirib ki, oyunlar uşaqlar üçün xarakterikdir:

“Biz ənəvi olaraq uşaqların küçədə topla, iplə oynamalarına öyrəşmişik. Müasir dünya o qədər sürətlə inkişaf edir ki, texnologiya özü ilə birlikdə oyunları da gətirib. Bunun qarşısını tam almaq qeyri-mümkündür. Tək yol uşaqları mobil telefondan uzaq saxlamaqdır, bu da müasir dövrdə mümkün deyil, çünki onları inkişaf tempindən kənarda da tərbiyə etmək olmaz.

Oyunlarda qrup mahiyyəti və uduzmaq ehtimalı varsa, uşaqlar həmişə qəddar olacaqlar. Xüsusilə yeniyetmələr arasında qəddarlıq elementləri ənənəvi oyunlar zamanı da sezilir. Pandemiya ilə əlaqədar olaraq insanlar daha da asosiallaşıb və uşaqların oyunları yalançı cəmiyyət olan virtual aləmə keçib. Nəticədə uşaqlar həm virtual, həm də adi şiddətə məruz qalırlar. Bunun qarşısını almaq üçün uşaqlara valideyn nəzarəti güclü olmalıdır. Şiddət yönümlü oyunlara qarşı provayderlər məhdudiyyət qoymalıdır, çünki valideynlər uşaqların telefonlarına daim nəzarət edə bilməz, bu, etik olaraq da düz deyil”.

Psixoloq qeyd edib ki, valideynlər övladlarının davranışlarına, hərəkətlərinə fikir verməli və diqqətli olmalıdır. Şiddət yönümlü oyunlar uşaqlarda sadəcə yaşıdlarına qarşı deyil, ailə üzvlərinə qarşı da aqressiya yaradır:

“Bu, adətən uşaqlar oyunda uduzan zaman baş verir, bunun səbəbi isə uşaqlarda uduzmaq qabiliyyətinin olmamasından irəli gəlir və nəticədə şiddətə çevrilir. Bu uşaqlar hətta telefonu divara çırpır, özünə zərər verir. Bu oyunların əksinə uşaqların asudə vaxtını maraqlı keçirməsi üçün alternativ yollar düşünülməlidir. Əvvəllər ödənişsiz düşərgələr var idi, valideynlər uşaqları rəqsə, üzgüçülüyə, idmana göndərə bilirdilər. Ancaq indi hər şey maddiləşib, buna görə də validenylərin uşağına ancaq telefon alıb, evinə internet çəkdirməyə gücü çatır. Onlar narkomaniyanın qorxusundan uşaqları həyətdə oynamağa da buraxa bilmirlər. Uşaqların, gənclərin asudə vaxtlarını daha maraqlı keçirməsi üçün dövlət hesabına işlər görülməlidir. Məktəblərin və yaxud müvafiq mərkəzlərin nəzdində ödənişsiz dərnəklər, üzgüçülük hovuzları olmalıdır. Əks halda, valideynlər övladlarını telefon və internetlə əyləndirməyə məcburdur”.

Tarix
2021.06.24 / 08:30
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla