Yuxarı

Onların medallarını Prezident özü təqdim edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onların medallarını Prezident özü təqdim edəcək

Azərbaycanda 26 iyun Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunacaq.

Axar.az Hit.az-a istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə təntənəli tədbir keçiriləcək.

Tədbirdə Qarabağ döyüşlərinə qatılmış hərbçilərin iştirakı nəzərdə tutulub. Gülüstan Sarayında baş tutacaq mərasimə yüksək rütbəli zabitlərlə yanaşı, Qarabağın azad olunması əməliyyatlarında iştirak etmiş əsgərlər də qatılacaq.

Məlumatlara görə, ölkə Prezidenti tərəfindən təltif olunmuş hərbçilərin bir hissəsinə orden və medalları şəxsən İlham Əliyev təqdim edəəck.

Qeyd edək ki, Azərbaycan Ordusu 26 iyun 1918-ci ildə yaranıb. 103 il sonra Azərbaycanda Milli Ordu Günü ilk dəfə qələbə ovqatında qeyd olunur.

Tarix
2021.06.24 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla