Yuxarı

TƏBİB-dən Hindistan ştammı ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB-dən Hindistan ştammı ilə bağlı açıqlama

Azərbaycanda yeni növ koronavirus infeksiyasının (COVID-19) müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir.

Axar.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, bu günə kimi ölkədə koronavirusun Hindistan ştammı (“Delta”) rəsmi şəkildə qeydə alınmayıb.

Bildirilib ki, buna baxmayaraq, vətəndaşların epidemioloji vəziyyəti nəzərə alaraq, müvafiq sanitariya və gigiyena qaydalarına riayət etmələri tövsiyə olunur.

Qeyd edək ki, koronavirusun Hindistan ştammı (“Delta”) çox yüksək sürətlə yayılır. Ümumdünya Tibb Assosiasiyasının məlumatına görə, bu bakteriyalar mutasiya nəticəsində dərhal xəstənin boğazında kök salır. Koronavirusun “Delta” ştamı ilə yoluxanlar bir neçə saatdan sonra daşıyıcıya çevrilə və elə ilk günlərdən COVID-19-u yaya bilərlər. Əhalinin peyvəndlənməsi koronavirusun Hindistan ştamından da xilas olmağın yeganə yoludur.

Xatırladaq ki, indiyə qədər “Delta” ştammı qonşu Rusiya və Gürcüstan da daxil olmaqla, dünyanın 90-dən çox ölkəsində qeydə alınıb.

Tarix
2021.06.24 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla