Yuxarı

Bakıda yol üstə insident: sürücünü bir yumruqla öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yol üstə insident: sürücünü bir yumruqla öldürdü

Bakının Nərimanov rayonunun Molla Cümə küçəsində dəhşətli hadisə baş verib.

Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, M.Cümə küçəsində, yeni tikilən ASAN Xidmət binasının önündəki yol ayrıcında iki sürücünün bir-birinə yol verməməsi gərginlik yaradıb.

Belə ki, 45 yaşlı Səxavət Məmmədov Azərbaycan Avtomobil Federasiyasına məxsus "Mersedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90 FZ 409 dövlət qeydiyyat nişanlı "Şevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. Bu zaman "Şevrolet"in sürücüsü və sərnişini maşından düşərək S.Məmmədova yaxınlaşıb və onlardan biri S.Məmmədova yumruqla zərbə endirib. Yumruğun təsirindən S.Məmmədov yerindəcə keçinib.

Hadisə yerinə polis və təcili yardım cəlb edilib.

Qətlə səbəb olan gənc və dostları isə maşınlarını hadisə yerində ataraq, qaçıblar. Polisin keçirdiyi əməliyyat zamanı Nahid Cəbiyev qətldə şübhəli bilinərək saxlanılıb.

Tarix
2021.06.24 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla