Axar.az
Yuxarı

Axar.Az Logo

Vətən müharibəsi iştirakçıları ilə görüş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binasında Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri İctimai Birliyinin idarə heyətinin üzvləri Vətən Müharibəsinin iştirakçıları ilə görüş keçirilib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hər bir şəxsə qayğı və dəstəyin göstərilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir.

İkinci Qarabağ Müharibəsi iştirakçılarının diqqətdə saxlanılması dövlət təşkilatları ilə yanaşı ictimai birliklərin və hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin təşkilatçılığı ilə bu gün, 2021-ci il iyunun 24-də Baş Prokurorluğun yeni inzibati binasında Qarabağ Müharibəsi iştirakçıları, qaziləri və döyüşlərdə yaralanmış hərbçiləri ilə görüş keçirilib.

Görüş iştirakçıları burada yaradılmış Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial muzeylə tanış olublar.

Bundan sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin akt zalında tədbir açıq elan edilərək Vətən müharibəsində şəhid olan bütün əsgər və zabitlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə iştirak edən “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri və Vətən müharibəsinin iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı yenilməz Azərbaycan ordusunun zabit və əsgərlərinin şücaətindən və qəhrəmanlıqlarından danışıblar.

Tədbirin yekununda Vətən müharibəsi iştirakçılarına İctimai Birlik tərəfindən hədiyyələr verilib və xatirə fotoşəkli çəkilib.

Tarix
2021.06.25 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Narkotik satışı ilə məşğul olan şəbəkə ifşa olundu

Ordumuzun bu gün həlak olan əsgərinin - Fotosu

Dövlətin kirayə verdiyi evlərin sayı açıqlandı

Bu gün neçə nəfər koronaya yoluxub?

Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi

Müzəffər Sərkərdə, yenilməz Ordu - Foto

Müəllimlərin təkrar imtahanların vaxtı açıqlandı

20 QHT birgə aksiyalar keçirdi - Foto

Əsgərimiz həlak oldu - Təcili

Masallı polisi əməliyyat keçirdi: saxlanılan var

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla