Axar.az
Yuxarı

Axar.Az Logo

Mədət Quliyev Belarus müdafiə naziri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə sənayesi naziri Mədət Quliyev Minsk şəhərində keçirilən “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi çərçivəsində Belarusun müdafiə naziri Viktor Xrenin ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Axar.az-averilən məlumata görə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət başçılarımızın yaxın dostluq əlaqələrinin ölkələrimiz və xalqlarımız arasındakı qarşılıqlı hörmət və etimada söykəndiyini qeyd edən Mədət Quliyev Azərbaycanın Belarus ilə bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyini vurğulayıb.

Nazir son illərdə ölkəmizdə hərbi quruculuq istiqamətində aparılan irimiqyaslı islahatlar çərçivəsində Ordumuzun maddi-texniki bazasının xeyli inkişaf etdiyini, döyüş hazırlığı səviyyəsinin yüksəldiyini söyləyib. Diqqətə çatdırılıb ki, hərbi-texniki sahədə Azərbaycan-Belarus əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha da uğurla inkişaf etdiriləcək.

Viktor Xrenin bu cür müzakirələrin ikitərəfli hərbi əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını, Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu deyib.

Danışıqlar iki ölkə arasında hərbi-texniki əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

Tarix
2021.06.25 / 16:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Mirzəyevdən Dənizlidə ilk açıqlama - Video

Dünya azərbaycanlılarından Türkiyəyə həmrəylik nümayişi

Qazi və iki şəhid ailəsi himayəyə götürüldü - Foto

“Media haqqında” qanun layihəsi müzakirə edildi - Video

Ordumuzun azad etdiyi Xaçınçay su anbarı - Foto

Nazirlik meşə yanğınları ilə bağlı çağırış etdi

Bakıda piyada yoluna qoyulan işıq dirəyi... - Foto

Nazir "İnfiniti"yə görə iki polis rəisini işdən qovdu

Polis bizimdir, bizi qoruyur

FHN-çilər yanğınla belə mübarizə aparır – Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla