Yuxarı

Skolioz xəstəsinə əlillik verilmədi, qalmaqal yarandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Skolioz xəstəsinə əlillik verilmədi, qalmaqal yarandı - Video

Bərdə rayon sakini Aynur Xəlilovaya əlillik dərəcəsinin verilməməsi ilə bağlı yayılan sosial media paylaşımları əsasında araşdırma aparılıb.

Bununla bağlı Axar.az-a açıqlama verən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova bildirib ki, Aynur Xəlilovanın əlillik dərəcəsinin bərpa edilməsi üçün Agentlik tərəfindən lazımi addımlar atılacaq və tezliklə onun əlillik statusu bərpa ediləcək:

“Aynur Zakir qızı Xəlilovaya məxsus Bərdə Mərkəzi Xəstəxanası tərəfindən e-sistemə daxil edilən göndəriş (forma 88) səthi və natamam tərtib edildiyi üçün səhiyyə müəssisəsinə geri qaytarılıb. Qanunvericiliyə uyğun olaraq, vətəndaşın əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert ünsiyyəti olmadan səhiyyə müəssisəsi tərəfindən e-sistemə daxil edilən göndərişə əsasən həyata keçirilir. Buna baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin regional Tibbi-Sosial Ekspert Komissiyasının nümayəndəsi Aynur Xəlilovanın valideyni ilə əlaqə saxlayıb, şəxs əyani müayinəyə dəvət edilib, sənədləri aktlaşdırılıb”.

Qeyd edək ki, Aynur Xəlilova skolioz xəstəliyindən əziyyət çəkir. Aynur Xəlilovaya əlillik dərəcəsinin verilməməsi ilə bağlı yayılan video sosial mediada narazılıq yaradıb.

Tarix
2021.06.25 / 16:56
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla