Axar.az
Yuxarı

Axar.Az Logo

Həkimə hücum edən şəxsdən xəbər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 4-də Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovaya əlillik müddətinin bitməsi ilə bağlı komissiyadan keçirilən Şamayıl Mustafayev tərəfindən xəsarət yetirilməsi faktı ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Binəqədi rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, istintaqla Şamayıl Mustafayevin ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əyani müayinə otağında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovanın üzərinə hücum edərək yumruq zərbələri ilə qəsdən sağlamlığa yüngül zərər vurduğu və Leyla Seyidovanı onun əlindən ayırmaq istəyən həmin komissiyanın ekspert həkim-oftalmoloq Yusif Bənanyarlıya qarşı müqavimət göstərərək dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi müəyyən edilib.

Qeyd edilənlərlə bağlı Şamayıl Mustafayev Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Tarix
2021.06.25 / 17:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

FHN təyyarəsi dənizdən su yığarkən görüntüləndi - Video

Ucarda karantin qaydalarının pozulduğu toylar aşkarlandı

Goranboyda qan töküldü

FHN-çilər Marmarisdə yanğınla mübarizə aparır - Video

Ölkədə neçə nəfər peyvənd olunub?

Koronavirusa son sutkada yoluxma sayı açıqlandı

MN-in təşkilatçılığı ilə şəhid zabitin anım günü qeyd edildi

Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

Paşayeva 1 aylıq maaşını Türk Qızıl Aya köçürdü

Türkiyəyə yardıma gedən ikinci qrup sərhədi keçdi – Video

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla