Yuxarı

"Apple" brendi azərbaycanlı iş adamından alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Bakıda dələduzluq əməlində şübhəli bilinərək saxlanılan Ramin Aydın oğlu Musayevlə bağlı "Aznews.az" ilginc məlumat yayıb.

Cinayət Məcəlləsinin 178-ci (dədləduzluq) maddəsi ilə barəsində iş açılan R.Musayevin saxlanmasına səbəb Eldar Xəlilov adlı şəxsin onu 542 min manat pulu mənimsəməkdə günahlandırması olub. E.Xəlilov bildirib ki, R.Musayevin şəhərin mərkəzində bir neçə mağaza var və həmin mağazalarda kompüter avadanlıqlarının satışı ilə məşğul olur.

Xaricdən mal gətirilməsi üçün R.Musayevə 542 min pul verdiyini bildirən Eldar Xəlilov bu müddət ərzində pulunu geri ala bilməyib. Həmçinin kompüter avadanlıqlarının da gətirilmədiyini bildirib.

Barəsində dələduzluq maddəsi ilə cinayət işi açılan Ramin Ağayev iki gün saxlandıqdan sonra dekabrın 30-da sərbəst buraxılıb.

Onun "Apple" şirkətinin Azərbaycandakı nümayəndəsi olduğu və bu hadisədən sonra təmsilçiliyin əlindən alındığı bildirilir. İki gün ərzində Səbael Rayon Polis İdarəsində saxlanılan R.Musayevin sərbəst buraxılması isə notarial qaydada üzərinə bəzi öhdəliklər götürdükdən, daha doğrusu, "Apple" brendinin təmsilçiliyini təhvil verdikdən sonra mümkün olub.

Belə ki, əvvəl təqsirləndirlən şəxs qismində saxlanılan R.Musayev bundan sonra şübhəli şəxs qismində dindirilib.

R.Musayevin hətta üzərinə bəzi öhdəliklər götürmək üçün notariusa polis əməkdaşlarının müşayəti ilə aparıldığı da daxil olan məlumatlar arasındadır. Başqa bir məlumata görə isə cinayət işində söhbət heç də 542 min manatdan yox, 1 500 000 manatdan gedir.

R.Musayevin hüquqlarını vəkil Kamandar Nəsibovun müdafiə etdiyi bildirilir. Lain K.Nəsibov Azərbaycanda olmadığına görə məlumatı vəkillə dəqiqləşdirmək mümkün olmayıb.

Tarix
2014.01.04 / 12:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla