Yuxarı

Bakıda ər-arvad azyaşlıları soydu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ər-arvad azyaşlıları soydu - Video

Paytaxtın Səbail rayonunda azyaşlıya qarşı soyğunçuluq edilib.

Axar.az xəbər verir ki, zərərçəkənin valideyni Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edərək, övladının azyaşlı qardaşını bağçaya aparan zaman 2 nəfərin onlara yaxınlaşıb soyğunçuluq, yəni özgənin əmlakını açıq talama yolu ilə uşağın mobil telefonunu əlindən aldığını bildirib.

Məlumat daxil olan kimi bölmənin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Samir Əliyev və onun həyat yoldaşı Səidə Əliyeva qısa zamanda saxlanılıblar. Onlar ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri soyğunçuluq hadisəsi və sonradan onların hadisə yerindən yayınmaları ərazidə olan müşahidə kameraları vasitəsiylə lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Tarix
2021.07.07 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla