Yuxarı

"Şöhlət oğlu"dan şəhid övladlarına qarşı kobudluq – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ƏMANƏT" - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin Yay Düşərgəsinin 40-a yaxın şəhid və qazi övladlarından ibarət iştirakçıları İsmayılı yolunda gözlənilməz kobudluqla qarşılaşıblar.

Axar.az xəbər verir ki, bu barədə düşərgənin fəalları sosial şəbəkədə məlumat yayıblar. Onların bildirdiyinə görə, Şamaxıdan Qəbələyə gedərkən uşaqların ayaqyolu ehtiyacını ödəmələri üçün "Şöhlət oğlu" restoranına müraciət etsələr də gözlənilmədən rədd cavabı alıblar.

"Şamaxıdan Qəbələyə gedən zaman İsmayılı yolunda olan uşaqların ayaqyolu ehtiyacını ödəmək üçün "Şöhlət oğlu" restoranına müraciət etdik, onlar icazə vermədiklərini bildirdi, ödəniş etməyi də təklif etdik, qəbul etmədilər. Hətta bildilər ki, uşaqlar şəhid övladlarıdır, yenə də etiraz etdilər... Rəhbərliyə qədər çıxdıq yenə faydası olmadı..."

Bu sitatı düşərgə təşkilatçıları sosial şəbəkələrdə yazıblar. Baş verən hadisə sosial şəbəkələrdə ciddi narazılığa və müzakirələrə səbəb olub.

Layihənin təşkilatçılarından olan Sərxan Bağırlı Musavat.com-a hadisəni təsdiqləyib. Onun sözlərinə görə, daha sonra restorana gedib baş verənlərə etiraz edən insanlar təhqir olunub və qovulub.

Sərxan Bağırlı deyib ki, onlara bu qadağanın səbəbi izah olunmayıb, yalnız deyiblər ki, qadağa rəhbərliyin qərarıdır:

"Bu gün səhər Şamaxıdan Qəbələyə yola düşdük. İsmayıllı rayonu ərazisində uşaqlar tualet ehtiyaclarının olduğunu dedilər. "Şöhlət oğlu" adlı yol kənarı restoranda dayandıq. Ancaq restoranın müdiriyyəti uşaqlara icazə vermədi. Əvvəlcə özüm gedib yaxınlaşdım, uşaqlar üçün icazə istədim. Mənə dedilər ki, müdiriyyət qoymur. Açığı cavabdan şok oldum ki, Azərbaycanda belə adət yoxdur, hər kim olsa belə yolda qalan adama ayaqyolunu bağlamırlar. Uşaqların şəhid və qazi övladları olduğunu dedim, dedim ki, pul da verə bilərik, amma yenə də razı olmadılar. Açığı ilk dəfə belə münasibətlə qarşılaşdığımız üçün şok olduq".

Tarix
2021.07.17 / 01:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla