Yuxarı

Azərbaycanlı zabit faciəvi şəkildə həlak oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı zabit faciəvi şəkildə həlak oldu

Rusiya ordusunda xidmət edən Azərbaycanlı zabit çayda boğularaq həlak olub.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, bədbəxt hadisə iyul ayının 18-i Rusiya Federasiyasının Cənubi Saxalin vilayətində baş verib.

Belə ki, Rusiya silahlı qüvvələrinin baş leytenantı, 1997-ci il təvəllüdlü İlkin Rövşən oğlu Həsənov zabit yoldaşları ilə çayda çimərkən güclü axına düşür və özünü xilas edə bilmir. Onun nəşi dalğıclar tərəfindən bir gün sonra tapılaraq tibbi ekspertizaya təhvil verilib.

Həlak olan zabitin cənazəsinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi və ata yurdu Masallı rayonunda dəfn ediləcəyi qohumları tərəfindən bildirilib.

Xatırladaq ki, İ.Həsənov Rusiyada doğulub. O, ali hərbi təhsilini Moskvada aldıqdan sonra Rusiya silahlı qüvvələri sıralarında xidmətə başlayıb.

Tarix
2021.07.20 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla