Yuxarı

Prezident tapşırığı: Bu ölkəyə 40 min doza vaksin göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident tapşırığı: Bu ölkəyə 40 min doza vaksin göndərildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Tacikistan Respublikasına humanitar yardım göndərilib.

Axar.az xəbər verir ki, bu gün - iyulun 20-də 40 min doza Vaxzevria (AstraZeneca) peyvəndini daşıyan təyyarə Tacikistanın Düşənbə Beynəlxalq Hava Limanına enib.

Hava limanında yük Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Vüqar İbrahimov tərəfindən qəbul edilərək, Tacikistanın Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Fayzali Saidzoda və Tacikistan Respublikası Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sanitariya-Epidemioloji Təhlükəsizlik İdarəsinin rəisi Navruz Cəfərova təhvil verilib.

Humanitar yardım qarşı tərəfə təqdim edildikdən sonra Tacikistan Respublikası Səhiyyə Nazirliyinin rəsmisi COVID-19 virus infeksiyası ilə mübarizədə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən Tacikistana göstərilən davamlı yardımlara görə minnətdarlığını bildirib.

Tarix
2021.07.20 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla