Yuxarı

Gəncədə narkotik satanlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə narkotik satanlar tutuldu

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Baş İdarənin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop dərman həbləri əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Nizami Vəliyev saxlanılaraq polis bölməsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 10 ədəd “tramadol” həbi aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs həmin həbləri 15 manata Faiq adlı şəxsdən aldığını bildirib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən Faiq Musayev saxlanılıb. Onun üzərindən də “tramadol” həbləri aşkar edilərək götürülüb. Dindirilmə zamanı F. Musayev həmin həbləri şəhər sakini olan bir qadından aldığını bildirib. Hazırda həmin şəxsin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa ŞBPİ-nin digər tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Ramin Həsənov, Kənan Mahmudov, Məmmədhəsən Məmmədov və Namiq Cəlilov saxlanılmış, həmin şəxslərin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2021.07.20 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla