Yuxarı

Magistraturaya qəbul olan bakalavrlarla bağlı mühüm xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Magistraturaya qəbul olan bakalavrlarla bağlı mühüm xəbər

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Axar.az-a verilən məlumata görə, qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb.

Bakalavrlar bu platformada qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı portal.edu.az platformasında Təhsil Nazirliyi tərəfindən aparılır. Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

21 iyul səhər saatlarına olan məlumata əsasən 8941 (83%) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61%) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

Tarix
2021.07.21 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla