Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Avqust 2019


Müsəlmanlar İdarəsi hakimiyyətə etiraz etdi – Bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az"ın elektron ünvanına Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri adından bəyanat daxil olub.

Bəyanat müəllifi Gürcüstan müsəlmanlarına yeni şeyxin hakimiyyət tərəfindən təyin edilməsinə etiraz edir, bunu dini etiqad azadlığına müdaxilə sayır.

Bəyanatı olduğu kimi oxucularımıza çatdırırıq:

"Bismillahir-Rəhmanir-Rəhim

Yenə dövlət! Yenə məmurlar! Yenə dini başçı təyin etmək!

Əziz müsəlmanlar! Bildiyiniz kimi, dövlət məmurları təsis etdikləri idarədə Gürcüstan müsəlmanlarına yeni başçı təyin etdilər, başqa sözlə desək, Saakaşvili rejiminin etdiyini təkrarladılar. Bir fərqlə ki, bu dəfə təyin olunmuşu öz içimizdən seçdilər və bununla da batilə haqq donu geyindirməyə çalışdılar. Necə ki, İmam Əli (ə) buyurur: "Batil heç vaxt öz görkəmində təqdim edilməz. Ona haqq donu geyindirər, sonra təqdim edərlər".

Onlar bununla incə bir hiyləyə əl atdıqlarını sübuta yetirdilər. Ortada isə heç nə dəyişmədi. Onlar problemi əsaslı şəkildə həll etməyərək eyni üsulu davam etdirdilər. Yenə səhv etdilər. Çünki sınanmışı sınamaq səhvdən başqa bir şey deyil. Onların bu addımı bizi mübarizəmizdə daha da qətiyyətli etdi. İndiki hakimiyyət yaxşı bilir ki, bizim Saakaşvili dövründəki etirazlarımız təkcə seçilənin kimliyinə görə yox, həm də seçənlərin kimliyinə, eləcə də onların təsisçiliyi ilə yaranan idarəyə görə idi.

Biz dövlət məmurlarının özlərinin təsis etdikləri idarədə müsəlmanlara rəhbər təyin etməsinə etirazımızı bildirir və bunu qəbulolunmaz hesab edirdik. Çünki Uca Allahımız bizə belə öyrədib. O, Qurani-Kərimdə buyurur: "Hər hansı bir tayfa öz durumunu dəyişmədikcə, Allah da onun durumunu dəyişməz".

Biz dövlətin dini fəaliyyətlərə nəzarət etməsinə qarşı çıxmırıq. Bu onların haqqıdır. Amma hər hansı bir dinə rəhbər seçmək də həmin dinin davamçılarının haqqı sayılır, ölkənin təhlükəsizlik qurumlarının yox. Onlara sualımız budur ki, eyni addımı gürcü xalqına qarşı atsaydılar, onlardan hansı reaksianı görərdilər? Başqa sözlə desək, dövlət məmurları İkinci İlyanı xiristian gürcü xalqına dini başçı təyin etsəydilər, o, bu gün sevimli bir rəhbərə çevrilə bilərdimi?! Vaqif Əkbərovun aqibətinə düçar olmazdımı?! Amma bizim ona böyük hörmətimiz var. Ölkəmizdə də onu sevməyən çox az adam tapılır. Bunun yalnız bir səbəbi var. O da budur ki, onu dövlət məmurları rəhbər təyin etmədilər. O, həqiqətən rəhbərliyə layiqli olmasını sübuta yetirərək bu səlahiyyəti özündə yaratdıqdan sonra həm xalq, həm də dövlət tərəfindən rəhbər kimi tanındı. Onun qəlblərə hökm etməsinin sirri də elə bundadır.

Bizim dövlət məmurlarına tövsiyəmiz budur ki, müsəlmanlara başçı seçmək əvəzinə konstitusion boşluqları doldurmağa çalışsınlar. Ölkəmiz Sovetlər Birliyindən ayrılan yeganə ölkədir ki, hələ də Konstitusiyasında "Dini etiqad və vicdan azadlığı haqqında" bənd yoxdur.

Haqq yerini tapana kimi biz hüquqi yollarla mübarizəmizi davam etdirəcəyik. Çünki haqq nazilsə də, haçansa üzüləcəyinə inanmırıq. Təsisçiləri dövlət məmurlarından ibarət olan Gürcüstan Müsəlmanları İdarəsinə təyin olunmuş İgidov Ramin qardaşımızdan, eləcə də dövlət məmurlarından tələbimiz budur ki, bu işi müsəlmanların öz öhdəsinə buraxsınlar. Allah bütün qəlbləri Öz nuru ilə işıqlandırsın!

Mirhüseyn Əsədov

Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri"

Tarix
2014.01.05 / 10:00
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Naxçıvanda əhalinin sayı artdı

Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin

DGK-dan Rusiyaya gedən sürücülərin iddialarına - Cavab

Hirkan Milli Parkı yanır: daha bir helikopter cəlb edildi - Foto

“Natura” şirəsi haqda yayılan foto ilə bağlı - Açıqlama

Zakir Həsənov Türkiyəyə təşəkkür etdi - Foto

Bakı-Naxçıvan avtobusları İranda yoxlamadan keçməyəcək

Xaçmazda istirahət mərkəzində meyit tapıldı

9 aylıq bu körpənin yardıma ehtiyacı var - Foto

Bakıda 27 yaşlı qız itkin düşdü

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla