Yuxarı

Peyvəndləmə zamanı aşkar edilən neqativ hallar... - Əsədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peyvəndləmə zamanı aşkar edilən neqativ hallar... - Əsədov

Peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı var.

Axar.az xəbər verir ki, bu fikirləri Baş nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov Qərargahın geniş tərkibdə respublika müşavirəsində deyib.

Baş nazir bildirib ki, Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcək.

Müşavirədə peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarətin gücləndirilməsi və sərt tədbirlərin görülməsi məsələsi də müzakirə olunub.

Diqqətə çatdırılıb ki, peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı var.

Peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verilib.

Sonda Baş nazir Əli Əsədov vətəndaşlara müraciət edərək bildirib ki, peyvəndlənmə xəstəliyin qarşısını almaq üçün ən təsirli vasitədir.

Tarix
2021.07.21 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla