Yuxarı

Keçmiş məhkumdan heroin götürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş məhkumdan heroin götürüldü

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşayan Mingəçevir şəhər sakini Vüsal Mirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, narkotik vasitə aludəçisi olan V.Mirzəyev dəfələrlə yaşadığı ünvanda qonşuların və ailəsinin narahatlığına, həmçinin məişət səs-küyünün yaranmasına səbəb olan hərəkətlərə yol verib. Onun barəsində DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şəhər Polis Şöbəsinə şikayət daxil olub.

Tarix
2021.07.22 / 10:17
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla