Yuxarı

İntihar edən gənclə bağlı yeni məlumatlar - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-01-05 17:08

Bakının Sabunçu rayonunda baş verən intihar hadisəsi nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.


3 saylı Şəhər Klinik Xəstəxanasının morqunda naməlum kimi qeydə alınmış şəxs 27 yaşlı Rəfael Hümbətov imiş. Bu barədə mərhumun xalası oğlu Anar Əliyev məlumat verib. Anar Əliyevin söylədiyinə görə o, əsəb xəstəliyindən əziyyət çəkib. Ailəsinin ehtimalına görə o, intiharı da bu üzdən törətmiş ola bilər. Mərhum ailəli deyil və heç bir yerdə işləmir.

Qeyd edək ki, Rəfael Hümbətov əslən qərbi Azərbaycandandır. O, yanvarın 4-ü gecə saatlarında "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxaraq intihar edib. Hadisə yerinə gələn FHN və Təcili Tibbi Yardım xidməti əməkdaşlarının hər cür yardımından imtina edən Rəfael Hümbətov həkimlərlə heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib.

Faktla bağlı Sabunçu rayon polis idarəsində araşdırma aparılır.(APA)

***

2014-01-06 12:51

Bakıda özünü körpüdən ataraq intihar edən gənclə bağlı yeni məlumatlar üzə çıxıb.

Verilən məlumata görə, 1986-cı il təvəllüdlü Hümbətov Rəfail Cümşüd oğlu əvvəllər Rusiyada işləyirmiş. O, orada tikinti sektorunda fəhləliklə məşğul olub. Yaxınları güman edirlər ki, Rəfael tikintidə zədə alıb və həmin vaxtdan onda psixi problemlər əəmələ gəlib. Doğmaları hesab edirlər ki, Rəfail Hümbətovun başına kərpic və ya hansısa başqa ağır cisim düşüb.

Yaxınları Rəfaili yola gətiriblər və müailicə üçün Bakıya çağırıblar. O, Azərbaycana qayıtdıqdan sonra dəfələrlə bildirib ki, intihar edəcək. Qohumları bundan hər zaman ehtiyat edirlərmiş (Vesti.az)

Tarix
2014.01.06 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla