Yuxarı

Qobustanda şadlıq sarayının sahibi cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qobustanda şadlıq sarayının sahibi cərimələndi

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı şadlıq saraylarında, fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı şəhər ərazisində fəaliyyət göstərən “Qırxbulaq” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Aslan Dəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunaraq o, 4 min manat cərimələnib.

Rayonun kəndlərində və şəhər ərazisində yerləşən ümumilikdə 7 fərdi yaşayış evində keçirilən toy mərasimlərində də karantin rejiminin tələblərinin pozulması halları aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman dəvət edilən qonaqların müəyyən edilən say həddindən artıq olduğu müəyyən olunub. Həmin toy sahiblərinin hər biri 400 manat cərimələnib.

Tarix
2021.07.28 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla